Tanışlıq

Mən dəyişkən bir rüzgaram. Bugün bura, sabah başqa yönə əsərəm. Xasiyyətim belədir. Sabitliyi sevməyən sədaqətsizəm.

Neçə dəfə bloq işinə girişdiyimin dəqiq sayını sizlərə söyləməyəcəm. Amma inanın ki, xeyli var. Qeydiyyatdan keçirəm, yazıram, dostlar qazanıram, kimlərinsə rəğbətinə, kimlərinsə kininə tuş gəlirəm və sonra qəflətən peyda olduğum kimi də qəflətən yox oluram. Səhifəm silinir, özüm itirəm, izim quma batmış kimi zaman dalğalarıyla yuyulur. Yalnız kimlərinsə xatirələrində, dillərində qalıram. Dedim, axı, xasiyyətimdir. Nə durğunluğu sevirəm, nə də sədaqətliliyi.

Amma zaman kimiyəm. Sadiqliyim yoxsa da, unutqan deyiləm. Yaddaşım qızıldandır, ürəyim daşdan. Taledir, buna əzəldən məhkumam.

İndi də sakin-sakin buraya qonaq gəldim. Nə qədər qalacam, nə qədər səsim gələcək bilmirəm. Amma bir müddət buralarda dolaşacam. Səhifəmdən bərk-bərk tutunun, bir gün görəcəksiniz ki, buranı da tərk etmişəm.

Heç bir şərh yoxdur

Hələ heç bir şərh yoxdur.

RSS feed for comments on this post. TrackBack URI

Şərh yaz


CAPTCHA Image Başqasını göstər
replica handbags,louis vuitton handbags,chanel handbags,gucci handbags,designer replica handbags,replica louis vuitton handbags,fake designer handbags,replica designer handbags,knock off designer handbags,replica designer bags,replica fendi handbags,Louis Vuitton,gucci handbags,chanel bags.

WordPress Themes