Yay da bitdi, getdi.

Bloqumun zirzəmisində yerləşən kafemin tünd qəhvəyi üzlüklü divanlarından birində əyləşib, içindəki kubşəkilli buzların bir-birlərini itiləyərək boğulmadan xilas olmağa çalışdıqları “Seven-ap”-lı iri qədəhdən aramla içərək ötürdüyüm yay haqqında düşüncələrə dalıram. Qədəhin necə iri, enli olmasına baxaraq, mənim də bu tətil ərəfəsində yeyib-içib onun kimi nəhəngə döndüyümü düşünürəm.

Kimlərsə, iddia edəcək ki, yay hələ bitməyib. Bu yazını sonra da yazmaq olar. Amma mən bu günlərdə Bakıda havanın yenidən istiləşdiyinə məhəl qoymayaraq, yay mövsümünün artıq bitdiyindən əminəm. Bu siqnalı ilk dəfə yollarda qəflətən artmış avtomobilləri gördükdə almışdım.

Bu yayı möhürləmək istəyimin xüsusi səbəbi yoxdur. Sadəcə, son iki ayda maraqlı nələrin baş verdiyini düşündüm və anladım ki, bloq kimi məsuliyyətli iş adı altında olmasa, yadıma heç nə düşməyəcək. Odur ki, birbaşa mətləbə keçirəm. Bu yay nəylə əlamətdar ola bilər?

  • Həyatda insanın gedəcəyi bütün yollarda əzmkarlıqdan, döyüşkənlikdən, inadkarlıqdan, qorxmazlıqdan, fədakarlıqdan ən və ən önəmli keyfiyyət yalnız və yalnız zəhmətkeşlikdir.
  • Müxtəlif məkanlarda və mühitdə insanlar müxtəlif şəxsi kimliklər nümayiş etdirirlər. İnsanların içində bir neçə “mən” – şəxsi keyfiyyətlər dəsti gizlənmişdir və məkan (mühit) dəyişdikcə, bu “mən”lər də digər “mən”lərlə müstəqilcə əvəzlənir. (Əgər səhv etmirəmsə, bu barədə artıq psixoanalizdə kimsə deyib). Bu yay ilk dəfə “əvəzlənmə” vaxtında yerini digər “mən”ə verən “mən”i yoldaca saxladım və eyni anda iki “mən”lə davrandım. Nəticədə qeyri-adi bir şey yaşanmadı. Sadəcə prosesin özü mənə maraqlı və qəribə gəldi.
  • Azərbaycanlılar qeybət əvəzinə, (və ya digər şəxslərə göstərdikləri gizli diqqət və bu şəxslər haqqında düşüncələr, bu düşüncələrdən doğan başqaları ilə uzun-uzadı müzakirələr əvəzinə), sərf etdikləri zamanı hansısa elm, incəsənət, peşə sahələrinin öyrənilməsinə sərf etsəydilər, cibləri dolu, şəxsiyyətləri parlaq olardı.

“Seven-ap” qurtardı…

6 Şərh

  • By Nino, Sentyabr 2, 2009 @ 11:24 pm

    Icaze verseydiniz men de yazardim yay xatirelerinden. Oz unvanimda tebii ki. Icazeni de evvelceden aliram ki, sonra ideya tekrarçiliginda suçlanmayim…

  • By zaman, Sentyabr 2, 2009 @ 11:34 pm

    Nino, siz onsuz da hansısa ideyanı alsanız da, onu təkrarlamazsınız, onu öz üslubunuza və zövqünüzə uyğun elə bəzərsiniz ki, təkrarlıqdan əlamət də qalmaz.

  • By filosof, Sentyabr 3, 2009 @ 12:30 am

    Gözəl yazmısan. Adamı danışdırır.
    Zəhmətkeşlik yaxşıdır. Əslində üçüncü bəndin də zəhmətə çağırışdır. Zəhmətin nə olduğunu Qərb göstərdi. Zəhmət – hökmən mükafatlandırılır. Başqa cür mükafatlanma mümkün deyil.
    Amma zəhmətin rəngi elə bilirəm ki, mənimsədiyimiz qərb mədəniyyətində düz tapılmayıb. Orda o al qırmızı rəngdədir. Uğur, şöhrət, nailiyyət həsrətindədir. Bu, insanın rahatlığını əlindən alaraq onu dəliliyə aparmağa qadirdir. Əslində zəhmətin rəngi daha soyuq və sakit olmalıdır (göy rəngi diskteritasiya etməsəydilər, deyərdim -göy rəngdə). İnsan zəhməti həyatın başlıca üsulu kimi şükranlıq və səbrlə yaşamalıdır. Buna şükür ki, mən vaxtında çatdım (bir çox şeylərə geciksəm də). Yoxsa məni dəliliyə aparırdı. Babil qalası tikməkdən vaz keçdim -)

  • By BabyFace, Sentyabr 4, 2009 @ 4:50 pm

    bloqun supperdir
    tebrikler

    :) )))))))

  • By zaman, Sentyabr 6, 2009 @ 2:02 pm

    Filosof, :)

    BabyFace, xoş gördük :)

  • By BabyFace, Sentyabr 7, 2009 @ 10:39 pm

    thanks :) gadanalim bir shey yazdana oxuyag, yoxsa internetde maragli hecne yoxdur :)

Other Links to this Post

RSS feed for comments on this post. TrackBack URI

Şərh yaz


CAPTCHA Image Başqasını göstər

WordPress Themes