Zaman » Kafe

Yay da bitdi, getdi.
Bloqumun zirzəmisində yerləşən kafemin tünd qəhvəyi üzlüklü divanlarından birində əyləşib, içindəki kubşəkilli buzların bir-birlərini itiləyərək boğulmadan xilas olmağa çalışdıqları “Seven-ap”-lı iri qədəhdən aramla içərək ötürdüyüm yay haqqında düşüncələrə dalıram. Qədəhin necə iri, enli olmasına baxaraq, mənim də bu tətil ərəfəsində yeyib-içib onun kimi nəhəngə döndüyümü düşünürəm.

Kimlərsə, iddia edəcək ki, yay hələ bitməyib. Bu yazını sonra da yazmaq olar. Amma mən bu günlərdə Bakıda havanın yenidən istiləşdiyinə məhəl qoymayaraq, yay mövsümünün artıq bitdiyindən əminəm. Bu siqnalı ilk dəfə yollarda qəflətən artmış avtomobilləri gördükdə almışdım.

Bu yayı möhürləmək istəyimin xüsusi səbəbi yoxdur. Sadəcə, son iki ayda maraqlı nələrin baş verdiyini düşündüm və anladım ki, bloq kimi məsuliyyətli iş adı altında olmasa, yadıma heç nə düşməyəcək. Odur ki, birbaşa mətləbə keçirəm. Bu yay nəylə əlamətdar ola bilər?

Həyatda insanın gedəcəyi bütün yollarda əzmkarlıqdan, döyüşkənlikdən, inadkarlıqdan, qorxmazlıqdan, fədakarlıqdan ən və ən önəmli keyfiyyət yalnız və yalnız zəhmətkeşlikdir.

Müxtəlif məkanlarda və mühitdə insanlar müxtəlif şəxsi kimliklər nümayiş etdirirlər. İnsanların içində bir neçə “mən” – şəxsi keyfiyyətlər dəsti gizlənmişdir və məkan (mühit) dəyişdikcə, bu “mən”lər də digər “mən”lərlə müstəqilcə əvəzlənir. (Əgər səhv etmirəmsə, bu barədə artıq psixoanalizdə kimsə deyib). Bu yay ilk dəfə “əvəzlənmə” vaxtında yerini digər “mən”ə verən “mən”i yoldaca saxladım və eyni anda iki “mən”lə davrandım. Nəticədə qeyri-adi bir şey yaşanmadı. Sadəcə prosesin özü mənə maraqlı və qəribə gəldi.

Azərbaycanlılar qeybət əvəzinə, (və ya digər şəxslərə göstərdikləri gizli diqqət və bu şəxslər haqqında düşüncələr, bu düşüncələrdən doğan başqaları ilə uzun-uzadı müzakirələr əvəzinə), sərf etdikləri zamanı hansısa elm, incəsənət, peşə sahələrinin öyrənilməsinə sərf etsəydilər, cibləri dolu, şəxsiyyətləri parlaq olardı.

“Seven-ap” qurtardı…

“Əlvida, Lenin”
“Əlvida, Lenin” (“Good-bye, Lenin”) filmi mənim də ən bəyəndiyim filmlər arasındadır. Filmin əvvəlində rejissor çox güclü bir intriqa yaradır ki, hər bir seyrci hadisələrin inkişafından nigaran qalır. Oğul Aleksandr xəstəxanada aylarca komada qalmış və nəhayət ayılmış anasını – Kristinanı bütün sarsıdıcı, həyəcanlı xəbərlərdən qorumalıdır. Həkim əks təqdirdə daha ağır aqibətin qadını yaxalaya biləcəyini xəbərdarlıq edir. Amma anasını böyük məhəbbətlə sevən Aleksandr nə etsin? Almaniya Demokratik Respublikasının ən öncül, fəal partiyaçılarından olan anası komada olan zaman dövlət Almaniya Federativ Respublikası ilə birləşmişdir. Bütün ömrünü ADR-ə həsr edən Kristina ölkənin siyasi həyatında qəflətən baş vermiş bu xəbərə necə təpki göstərəcək? Aleksandr nəticəni yaxşı təsəvvür edir. Bu xəbər Kristinanı məhv edə bilər. Bəs, nə etmək olar? Axı, anası oğlundan televizora baxmağı, qəzet oxumağı xahiş edəcək, ADR dövründə istehsal olunan ərzaqları istəyəcək. Aleksandr çıxılmaz tərəddüd içindədir.

Filmin əvvəlində hadisələrin bu cür inkişafıyla seyrcidə dərin maraq yaradan rejissor durnanı gözündən vurur. Film Avropada ilin ən yaxşıları arasında qərarlaşır.

Bu filmdə yalnız mənim diqqətimi çəkən əsas məqam ayrıdır. Həyatını qurban verdiyin, uğrunda çalışdığın, gələcəyinə inandığın bir nəsnənin süqutu. “Əlvida, Lenin”də Kristianın doğum günündə iştirak etmək üçün Aleksandr anasının partiya yoldaşlarının bir neçəsini axtarıb tapır. Mənzildə iki məktəbli uşaq yaxalarına qırmızı lent bağlayaraq pul qarşılığında ADR-in himnini oxuyurlar. Kristina şaddır. Onun köhnə iş yoldaşları isə bu mənzərəyə həm heyrətlə, həm də elə bir ağrıyla baxırlar ki, göz yaşlarını saxlaya bilmirlər. Bu ərəfədə pəncərədən görünən qarşıdakı binanın divarından isə “Coca-cola”-nın böyük reklam şiti asılır…

Digərlərinin belə bir yaşantıları olub-olmadığını bilmirəm. Yaşlandıqca inandığın, təməlinin möhkəm olduğuna əmin olduğun, uğrunda çalışmağa hazır olduğun nəsnələrin, əslində, sənin gümanlarından fərqli olduqlarını anlayırsan. Və bu zaman insanın ətrafını elə bir təəssüf dolu məyusluq havası bürüyür ki, həyatda hüdudsuz səmada yalqız qanad çalan quş kimi tək olduğunu dərk edirsən. Son illərdə aşkar etdiyim ən böyük acı həqiqətlərdən biri kimi buna nə qədər müqavimət göstərib təslim olmaqdan imtina etsəm də, bir o qədər də nakam sonluqdan əminliyimi hüznlə bildirirəm.